Gəncə Dövlət Filarmoniyasının kollektivi hesabat konserti ilə çıxış edib

Gəncə Dövlət Filarmoniyasının kollektivi hesabat konserti ilə çıxış edib
“Göygöl ” Dövlət Mahnı və Rəqs Ansamblı və Gəncə Dövlət Kamera Orkestrının kollektivi tamaşaçılar qarşısında çıxış ediblər.
Gəncə Dövlət Filarmoniyasının icraçı direktoru Elçin Elçiyev bildirib ki, mövsumun sonu olduğundan təşkil olunan konsert proqramı bir növ hesabat xarakteri daşıyır. Əsas məqsəd isə sakinlərin zövqunü oxşayan musiqilər təqdim etməklə, onların asudə vaxtlarının səmərəli təşkilinə şərait yaratmaqdır. Konsert zamanı Gəncənin sayılıb seçilən müsiqiçilərinin ifasında həm yerli, həm də xarici bəstəkarların əsərləri, xalq mahnıları səsləndirilib. Gəncə Dövlət Kamera Orkestrının üzvləri Xalq artisti Rafael Bayramovun dirijorluğu, “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı isə Xalq artisti Adil Bayramovun rəhbərliyi ilə çıxış edib. Xalq artistləri Şahnaz Həşimova və Sevinc İbrahimovanın, əməkdar artist Kəmalə Tağızadənin, Elmir Pişnamazzadənin ifaları alqışlarla qarşılanıb. Xoreoqraf Sənan Cavadzadənin quruluş veridiyi rəqs nömrələri isə konsert proqramına xüsusi rəng qatıb.







