“Şuşa İli”nə həsr olunmuş konsert keçirilib

“Şuşa İli”nə həsr olunmuş konsert keçirilib

20 may 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin dəstəyi, Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Kəlbəcər rayon Uşaq İncəsənət Məktəbinin “Şuşa İli”nə həsr olunmuş konserti təqdim olunmuşdur.
Konsertdə Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, rəis müavini Asəf Məmmədov, Kəlbəcər rayon İcra Hakimiyyətinin İctimai siyasi və humanitar şöbəsinin müdiri Fərqanə Əhmədova, YAP-nın Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Kəlbəcər rayon hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, uşaq musiqi və incəsənət məktəbinin rəhbərləri, mədəniyyət işçiləri və digər qonaqlar iştirak etmişlər.
İlk öncə Vətən müharibə şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükütla yad edilmişdir.
Konsertdə Uşaq İncəsənət Məktəbinin xor kollektivinin, xalq çalğı alətləri ansamblının, uşaqlardan ibarət xalq çalğı və aşıqlar ansamblarının çıxışları təqdim olunmuşdur.
Məktəbin müəllimləri Baloğlan Məhəmmədov, Cəvahir İsmayılova, VII Muğam müsabiqəsinin iştirakçısı, məktəbin müəllimi Tariyel Vəliyev, şagirdlər Rəvan İsmayılzadə, Kənan Tağızadə, aşıq İbadət Mehdiyev öz musiqi ifaları ilə çıxış etmişlər.











————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı