”Şuşa ilinə” həsr olunmuş ”Qarabağ suitası” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

”Şuşa ilinə” həsr olunmuş ”Qarabağ suitası” adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.

25 may 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin və Samux rayon Qarayeri qəsəbə Uşaq Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə "Şuşa ilinə" həsr olunmuş "Qarabağ suitası" adlı musiqili ədəbi-bədii kompozisiya təqdim olunmuşdur.
F.Əmirov adina Gəncə Dövlət Filarmoniyasında təşkil olunan tədbir Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm sərgisinin nümayişi ilə başladı. Azərbaycanın bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Aparıcı Günay Məmmədova Azərbaycan Respublikasının Prezidentinin "Şuşa ili" haqqında sərəncamını diqqətə çatdırdı və qeyd etdi ki, Gəncə Regional Mədəniyyət İdarəsinin rəhbərliyi ilə bütün mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilir.
Sonra "Qarabağ suitası" kompozisiyası təqdim olunmuşdur.
Dahi bəstəkar Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasından "Toy" səhnəsi kompozisiyası nümayiş etdirilmişdir. Kompozisiya Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi Rahib Hüseynov tərəfindən hazırlanmışdır.
Tədbirdə Əməkdar Mədəniyyət işçisi, şair-publisist Bəxtiyar Muradovun "Gözün aydın Qarabağım" poemasından nümunələr səsləndirilmişdir. Konsert proqramında Uşaq İncəsənət Məktəbinin "Gəncə gönçələri" mahnı və rəqs ansamblı (bədii rəhbər Məsud Kərimov, xoreoqraf Xaliq Əliyev), "Xəmsə" nağaraçalanlar ansamblı (bədii rəhbər Söhrab Ibrahimov), Samux rayon Qarayeri Uşaq Musiqi Məktəbinin "Simayi Şəms" ansamblı (bədii rəhbər Nail Bağırov), hər iki məktəbin xor kollektivləri, xanəndələri, vokalçıları biri-birindən maraqlı musiqi ifalarını təqdim etmişlər. Tədbirin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov bütün təşkilatçılara və iştirakçılara öz minnətdarlığını bildirdi.
Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin rəsm müəllimi, xeyriyyətçi heykəltəraş Qasım Qasımov "Azad Şuşa" adlı əl işini Regional idarəyə hədiyyə etmişdir.




————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı