"Şuşa ili" çərçivəsində "Qələbəyə gedən yol" adlı tədbir keçirilmişdir.

"Şuşa ili" çərçivəsində "Qələbəyə gedən yol" adlı tədbir keçirilmişdir.

03.06.2022 -ci il tarixdə Gəncə Regional Mədəniyyət idarəsinin və Samux rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şur instrumental ansamblınin və Samux rayon Sərkar kənd uşaq musiqi məktəbinin təşkilatçılığı ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Şuşa ili" çərçivəsində "Qələbəyə gedən yol" adlı tədbir keçirilmişdir.
Tədbirdə Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, mədəniyyət işçiləri və digər qonaqlar iştirak etmişlər.
Tədbirdə Samux rayon Sərkar kənd Uşaq Musiqi Məktəbinin xalq çalğı alətləri orkestri, xor kollektivi və "Şur" instrumental ansamblının ifasında musiqi nömrələri səsləndirildi.
Tədbirin sonunda Samux rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev və Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov tədbir iştirakçılarına öz təşəkkürlərini bildirdilər.

————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı