Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Oxu, gözəl” adlı konsert keçirilib

Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Oxu, gözəl” adlı konsert keçirilib

14 iyun 2022-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin və F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında görkəmli müğənni, Xalq artisti Şövkət Ələkbərovanın 100 illiyinə həsr olunmuş “Oxu, gözəl” adlı konsert baş tutub.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik musiqi məktəbinin təqdimatında keçirilən konsertdə məktəbin şagirdləri iştirak ediblər.
Konsert proqramında müəllimlər vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Urfan Cəfərov, xanəndəlik ixtisası üzrə müəllim Səlim Nəsirli, xalq çalğı alətləri orkestrinin bədii rəhbəri Vüqar Cəlilov və digər müəllimlərin rəhbərliyi altında məktəbin birləşmiş xor kollektivi (xormeysterlər Aysel Məmmədova-Səlimova, Müjgan Dövlətbəyli), xalq çalğı alətləri orkestri, ”Şəfəq” instrumental ansamblı, “Buta” qanunçalanlar ansamblı (müəllim Kəmalə Cahangirova), “Kamerton” violinçalanlar ansamblı (müəllim Gülşən İmanova), sazçalanlar ansamblı (müəllim Fariz Təmirov), nağaraçalanlar ansamblı (müəllim Həsən Talıbov) instrumental solo və ansambl nömrələrinə yer verilib.
Konsertdə həmçinin Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano ansamblı və Bülbül adına 3 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Svetlana Zəlimxan qızın bədii rəhbərliyi ilə “Gəncəm” vokal triosu iştirak etmişdir.
Şövkət Ələkbərovanın repertuarından ibarət konsert böyük maraqla qarşılandı. Konsertin sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək, sonda 20 nömrəli musiqi məktəbini Təşəkkürnamə ilə təltif etmişdir. Məktəbin direktoru Bəhriyyə Allahverdiyeva çıxış edərək, göstərdiyi dəstəyə görə Gəncə Regional Mədəniyyət İdarəsinə dərin minnətdarlığını bildirmişdi.

————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı