Gəncə Dövlət Filarmoniyasında konsert: “Könlüm keçir Qarabağdan”

Gəncə Dövlət Filarmoniyasında konsert: “Könlüm keçir Qarabağdan”


Gəncədə Xan Şuşinski Fondunun təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı konsert təşkil olunub. 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında keçirilən konsert Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşıb.
Tədbirdə çıxış edən Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva yaradılan şəraitə görə əməyi keçən hər bir şəxsə öz təşəkkürünü bildirib.
Bəyimxanım Verdiyeva qeyd edib ki, fond 2011-ci ildə Xan Şuşinskinin anadan olmasının 110 illik yubileyi münasibətilə keçirilən tədbirlər ərəfəsində yaradılıb. "Fond yarandığı gündən dövlətimizin diqqət və qayğısı ilə əhatə olunub. Bu günə kimi 7 uğurlu layihəyə imza atmışıq və fəxri diplomlarla mükafatlandırılmışıq. Layihələrimiz respublikanın bölgələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrində də nümayiş olunub. Bu gün isə qəhrəmanlar yurdu olan Gəncədə belə bir tədbirin keçirilməsindən fərəh hissi duyuruq”, - deyə Bəyimxanım Verdiyeva bildirib.
O qeyd edib ki, "Könlüm keçir Qarabağdan" layihəsinin əsas məqsədi milli musiqimizin qorunması və təbliği, gənc nəslin musiqiyə olan marağının artırılmasıdır. Həmçinin layihə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dünya ictimaiyyətinə çatdırılmasını məqsədlərindən birinə çevirib.
Daha sonra Xalq artisti Fikrət Verdiyevin rəhbərlik etdiyi Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının kollektivi konsert proqramı ilə çıxış edib. Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solist Rövşən Məmmədov və digər müğənnilərin ifasında Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları səsləndirilib.
Göygöl Rəqs Ansamblının rəngarəng rəqsləri isə tamaşaçılarda xoş ovqat yaradıb. Rəqqas Sənan Cavadovun və rəqs ansamblı üzvlərinin çıxışları alqışlarla qarşılanıb.

————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı