Gəncə Dövlət Filarmoniyasında 'Milli Musiqi Günü'nə həsr edilən konsert

Gəncə Dövlət Filarmoniyasında 'Milli Musiqi Günü'nə həsr edilən konsert


18 sentyabr dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin doğum günüdür. Bu gün ölkəmizdə həmçinin "Milli Musiqi Günü" kimi də qeyd edilir. Bu münasibətlə Gəncə Dövlət Filarmoniyasında konsert təşkil edilib.
Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun yaradıcılığına həsr edilən konsert proqramı Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi və Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə baş tutub. 
Gəncə Dövlət Filarmoniyasının icracı direktoru, əməkdar artist Elçin Elçiyev bildirib ki, Üzeyir Hacıbəyli bəstəkar, alim, yazıçı, publisist, ictimai və siyasi xadim kimi çoxşaxəli fəaliyyəti ilə yanaşı, Şərqdə ilk operanın banisi kimi tanınan sənətkardır. Məhz onun fədakar əməyi sayəsində Azərbaycan milli opera sənətinin tarixi 110 il bundan öncə tamaşaya qoyulan “Leyli və Məcnun” operası ilə başlandı. Operanın ilk dirijoru Əbdürrəhim bəy Haqverdiyev, rejissoru Hüseyn Ərəblinski olub. Məcnun rolunda ölməz sənətkar Hüseynqulu Sarabski, Leyli rolunda isə aşpaz şagirdi Əbdürrəhim Fərəcov çıxış ediblər. İlk tamaşa 1908-ci il yanvarın 12-də (25-də) Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb.
Daha sonra Respublikanın xalq artisti Rafayel Bayramovun və əməkdar artist Elçin Elçiyevin dirijorluq etdikləri Kamera orkestrinin və"Xalq çalğı" alətlərinin  ifasında Üzeyir bəy Hacıbəyli, Niyazi, Müslüm Maqomayev, Qara Qarayev, Asəf Zeynallı və Aqşin Əlizadənin bir birindən zəngin əsərləri səsləndirilib. Konsertdə xalq artisti Sevinc İbrahimova,  əməkdar artist Zərinə Allahverdiyeva, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Elmir Pişnamazzadə və digər sənətçilər çıxış edib. 


————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı