Gəncə Dövlət Filarmoniyasında “Milli Musiqi Günü”

Gəncə Dövlət Filarmoniyasında “Milli Musiqi Günü”


Hər il 18 sentyabr tarixində dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günündə ölkəmizdə “Milli Musiqi Günü” qeyd edilir. Bu münasibtlə F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında konsert təşkil edilib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığına həsr edilən konsert proqramı filarmoniyanın Xalq Çalğı alətləri orkestrinin iştirakı ilə baş tutub.Gəncə Dövlət Filarmoniyasının direktor müavini, əməkdar artist Elçin Elçiyev bildirib ki, bəstəkar, publisist, dramaturq  və ictimai xadim, Üzeyir Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş yaradan bəstəkarlardandır. Onun sayca üçüncü musiqili komediyası olan "Arşın mal alan” operettasında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri əksini tapıb. İlk dəfə operettanın  dirijoru Müslüm Maqomayev, rejissoru və Əsgər rolunun ifaçısı isə Hüseyinqulu Sarabski olub. İlk tamaşa 1913-cü il oktyabr ayının 25-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılıb. “Bu gün biz Gəncə Dövlət Filarmoniyasının Xalq Çalğı alətləri orkestrinin ifasında “Arşın mal alan” musiqili komediyasının I pərdəsini tamaşçılara təqdim edəcəyik”- deyə Elçin Elçiyev əlavə edib.
Daha sonra əməkdar artist Elçin Elçiyevin dirijorluğu ilə Xalq Çalğı alətləri orkestrinin ifasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Arif Məlikov, Səid Rüstəmov və Oqtay Kazıminin bir birindən zəngin əsərləri səsləndirilib. Konsertdə Xalq artisti Şahnaz Həşimova,  Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, solist Günel Hacıyeva və digər sənətçilər çıxış ediblər.
Çıxışlardan sonra “Arşın mal alan” musiqili komediyasının I pərdəsi nümayiş edilib. Rollarda  Xaq artisti Sevinc İbrahimova, əməkdar artist Tural Abdullayev, solistlər Zeynəb Hüseynova, Rüstəm Cəfərov və Seymur Hüseynov iştirak edib.

————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı