GDF-da FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib.

GDF-da FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib.


FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin şəxsi heyəti və Mülki müdafiə qüvvələrinin komandir-rəis heyəti iştirak edib.Məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin və işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üçün nəzəri bilik və praktiki vərdişlərin təkmilləşdirilməsindən ibarət olub.Məşqin yekununda mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib, müzakirələr aparılıb.

————
Digər xəbərlərimiz
————
  • 29-03-2019, 12:51

    “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalı keçirilir.

    Ətraflı
  • 20-01-2019, 12:57

    Gəncə Dövlət Filarmoniyasında «Xəmsə» estrada ansamblının SOLO konserti

    Ətraflı
  • 11-03-2019, 13:03

    Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə

    Ətraflı