QALEREYA

Heydər Əliyev Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Gəncə Dövlət Filarmoniyasında xarici və Azərbaycan pianoçularının konserti olub.
“Heksameron. 6 royal” adlı konsertdə ABŞ-dan Nikolas Rot, Almaniyadan Katarina Troytler, Azərbaycandan Murad Hüseynov, Çindən Yundi Xu, Rusiyadan Rustem Saytkulov və Yaponiyadan Atsuşi İmada çıxış ediblər. Pianoçuların təqdim etdikləri İ.S.Bax. F.Şopen, F.Şubert, F.List, S.Prokofyev və digər dünya klassiklərinin əsərlərinin solo ifası tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, martın 7-də Bakıda, Heydər Əliyev Mərkəzind keçirilib. Konsertdə Azərbaycan və dünya ölkələri bəstəkarlarının əsərləri, o cümlədən nadir hallarda ifa olunan “Heksameron” əsəri altı pianoçunun birgə təqdimatında səslənib. Layihənin davamı olaraq Bakı konsertində çıxış etmiş məşhur pianoçuların regionlara turları təşkil olunub.
Musiqiçilər Gəncə ilə yanaşı  Şəki və Şamaxıda da çıxış ediblər.

————
Digər qalereyalar
————
  • 30-05-2019, 13:12

    6 ölkənin pianoçusu filarmoniya səhnəsində

    Ətraflı
  • 30-05-2019, 17:59

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası

    Ətraflı
  • 27-06-2019, 12:02

    Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında ümumşəhər tədbiri

    Ətraflı